“Falçı Məlahət” haqda sensassion xəbər

Şrift : |
Tarix :29-04-2012, 10:20
Bölmə : Hadisə
Kömək :    
Baxılıb : 2971 dəfə
Like :
Like :

    Bir neçə gündür Bakıda “falçı Məlahət” kimi tanınan məşhur ekstrasensin Ruhi-Əsəb Dispanserinə yerləşdirilməsi haqqında xəbərlər dolaşır.

    Deyilənlərə görə, uzun müddət Rusiyada yaşayan ekstrasensin səhhətində ciddi problemlər yaranıb. Hələlik ekstrasensin ailəsi bu haqda susur. Davamlı cəhdlərimizə baxmayaraq ailə hətta etibar etdikləri insanlara belə bununla bağlı heç bir informasiya vermədi. Məlahət xanımın yaxınları sadəcə onun Bakıda olmadığını bildirir.
    Məlahət Mövsümqızı keçmiş SSRİ məkanında və yaxın coğrafiyada ən güclü ekstrasenslərdən biri sayılır. Onun adı Vanqa, Messinq, Cuna, Çumak kimi ünlü öncəgörənlərlə bərabər çəkilir. Əgər onu toplum üçün maraqlı edən xəstəliklərə düzgün diaqnoz qoyması, bəzilərini müalicə etməsi, insan talelərilə bağlı proqnozları idisə, siyasi elita üçün o, siyasi öncəgörmələri ilə çəkici idi. Onun təxminən 10 il öncə dünyanı gözləyən qlobal problemlər, müharibələr, iqtisadi böhranlar, o sıradan ABŞ-ın İraqa hücumu, xristian-müsəlman dünyasında ciddi qarşıdurmalar haqda proqnozları keçmiş SSRİ məkanında ciddi marağa səbəb olmuşdu.
    Rusiyanın bir neçə telekanalı “falçı Məlahət” haqqında verilişlər hazırlamışdı. Bu verilişlərdən sonra Rusiyada bir sıra elmi və siyasi dairələrinin ona maraq göstərdiyi haqda xəbərlər yayıldı. Bunun ardınca “falçı Məlahət”in Azərbaycanı tərk edərək Rusiyaya köçdüyü bildirildi. Ancaq o, ailə üzvlərinə baş çəkmək üçün arabir Azərbaycana gəlirmiş.
    Məlahət Mövsümqızına yaxın olan etibarlı qaynaq onunla Bakıda fevral-mart aylarında iki dəfə görüşdüyünü, səhhətində hər hansı problem hiss etmədiyini deyir: “O, sıradan biri deyil. Hərəkətləri, danışığı fərqli, xeyli dərəcədə emosionaldır. Onu illərdir tanıyıram. Son görüşümüzdə hər hansı fərqlilik hiss eləmədim”.
    Bakıdakı ruhi-əsəb dispanserləri və xəstəxanalarından da informasiyanı dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı. Tibb müəssisələrindən bizə bildirdilər ki, xəstələrlə bağlı informasiya yalnız onun ailə üzvlərinə və hüquq-mühafizə orqanlarına verilə bilər.
    Azərbaycanda “falçı Məlahət”dən başqa bu cür fenomenal qabiliyyəti ilə seçilən daha iki isim var. Onlardan biri Tofiq Dadaşov, digəri Etibar Erkindir. Təxminən 7-8 il öncəyə qədər T.Dadaşov telekanallarda görünür və ona yönələn siyasi xarakterli suallardan yayınaraq daha çox dünyanı gözləyən təbii fəlakətlərdən, qida, su problemlərindən danışırdı.
    E.Erkin isə 1999-cu ilin yanvarında qətlə yetirilib. Həm də iki oğlu ilə bərabər. İstintaq orqanları cinayəti “Ceyşullah” adlı dini sektanın həyata keçirdiyini bildirdilər. Dindar həyat tərzi keçirən Etibar Erkinin eyni dinə sitayiş edən dini sekta tərəfindən qətlə yetirməsi ətrafında suallar hələ də müəmma olaraq qalır. Hacı Məmmədovun dəstəsi ifşa olunanda onların qurbanları sırasında Etibar Erkin və övladlarının da adı çəkildi. Onu da vurğulayaq ki, Etibar Erkin Azərbaycan hakimiyyətinin siyasi taleyi ilə bağlı ən açıq proqnozlar verən ekstrasens kimi də tanınırdı. (musavat.com)


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

Xəbər lenti

Prezident Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Ermənilər Bakıya gəlir

Daha bir təyyarə yoxa çıxdı- 112 sərnişinlə

Jurnalistin şikayəti təmin olundu

Mikayıl Cabbarovdan yeni ƏMR

Təhsil Şöbəsi Nazirliyi aldadır – Ağdamda

Nazir yeni rusdilli sayt açır?! -FOTO

Hərbçiləri daşıyan maşın qəza törədib- Masallıda

“Onu nə üçün tutublar?!” - Novella Cəfəroğlu

Daha bir özəl klinika bağlanıb- Bakıda

Mehriban Əliyeva Qəbələyə məktub göndərdi- Foto

Lerik rayonundakı yanğınla bağlı- Açıqlama

Ağdaşda tibb məntəqələri xəstələrin başına uçur

Saatlıda zülüm ərşə dirənib

“Yusif müəllim keçmiş rektorun atasına rəhmət oxutdurur” -Elmar Vəliyev

"Xahiş edirəm bu işə bir çarə tapasınız” - Göyçay sakini prezidentə şikayət etdi

“Hardasan ey islam dünyası?!” BAŞ NAZİR

Eks nazir əməliyyat olunub

“Sübut edin ki, anam sağdır”- Prezidentin nəvəsi

Nazir 280 nəfəri işdən çıxarıb

"Sovetski”ni sökənin kimliyi bilindi - FOTOLAR

Nazir prezidentin müşavirəsinə niyə çağırılmadı? - İDDİA

"Bakcell"in dəyişməz fırıldaqları - “Dəyişək, cibinizi soyaq”- Şikayət

Qobustanda 38 hektarlıq torpaq qalmaqalı -ŞİKAYƏT

“Bir millətin ki, mədəniyyət naziri Əbülfəz Qarayevdir…” -Əli Mrəliyev sərt danışdı

“İşləyənim yox, qazananım yox” -MÜSAHİBƏ

“Təəssüf ki, islamofobiyaya qarşı adekvat münasibət göstərilmir”

Tanınmış teleaparıcının uşaqlıq fotosu yayıldı – FOTO

Təqvim

«    İyul 2014    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizi izləyin