“Azərbaycanın dəstəyindən razıyıq və bu dəstək davam edəcək” -

Şrift : |
Tarix :24-01-2012, 11:31
Bölmə : MANŞET
Kömək :    
Baxılıb : 311 dəfə
Like :
Like :

    Hulusi Kılıç: “Senat qanun layihəsini qəbul etsə, başda Azərbaycan və Türkiyə olmaqla bütün Minsk Qrupu ölkələri tərəfsizliyini itirmiş bir vasitəçinin həmsədrliyi məsələsinə yenidən baxılması üçün təşəbbüs göstərməlidirlər”

    Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın müsahibəsi.

    - Hörmətli səfir, Fransa Senatı bu gün uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanunu müzakirə edəcək. Bu barədə nə demək istərdiniz?

    - Bildiyiniz kimi, qanun layihəsi Senatın Qanunlar komissiyasında rədd edildi və onun Konstitusiyaya zidd olduğu bildirildi. Fransa Senatının da sağlam düşüncə ilə hərəkət edərək bu qanun layihəsini Qanunlar Komissiyasında olduğu kimi rədd etməsini gözləyirik. Türkiyənin tarixinin uzaqda olan başqa bir ölkənin siyasətçiləri tərəfindən mühakimə edilməsi beynəlxalq hüquqa zidd, türk millətinə və tarixçilərə qarşı hörmətsizlikdir. Aydındır ki, bu, heç kimə fayda gətirməyəcək. Belə bir qərar hüququn, insan hüquqlarının, söz və düşüncə azadlığının açıq-aydın pozulmasıdır. Bundan başqa, Fransa parlamentinin ötən il dekabrın 22-də qəbul etdiyi qərar əslində Fransanın Minsk Qrupundakı həmsədrliyinin obyektivliyini şübhə altına alır. Layihənin Senatda qəbul edilməsi artıq Fransanın Dağlıq Qarabağ münaqişəsində Minsk Qrupunun həmsədri olaraq vasitəçilik missiyasını davam etdirə bilməyəcəyinin isbatı olacaq. Belə vəziyyətdə başda Azərbaycan və Türkiyə olmaqla bütün Minsk Qrupu ölkələri tərəfsizliyini itirmiş bir vasitəçinin bölgədə sülhə xidmət edə bilməyəcəyi reallığına əsaslanaraq Fransanın həmsədrliyi məsələsinə yenidən baxılması üçün təşəbbüs göstərməlidirlər. Bu gün Fransada 550 min türk yaşayır. Belə bir qanun qəbul edilərsə, Fransada sülh və əmin-amanlıq yox olacaq və xalqlar arasında kin, nifrət və düşmənçilik toxumları əkiləcək. Bu qanunun müəyyən dairələrin səslərini qazanmaq naminə qəbul edilməsi Fransanın qısa, orta və uzunmüddətli mənafeləri ilə üst-üstə düşmür. Bundan yalnız fransız xalqı zərər görəcək.

    - Bu qanunla bağlı Azərbaycanın Türkiyəyə dəstəyini necə qiymətləndirirsiniz?

    - Bu məsələ Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı. Azərbaycanın dəstəyindən razıyıq və bu dəstək davam edəcək. Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin açıqlamaları, Milli Məclisin Fransa Senatına müraciəti, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Sarkozi və Fransa Senatına müraciəti, müxalifət partiyalarının verdikləri açıqlamalar, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının açıqlamaları, qardaş Azərbaycan xalqından gələn etirazlar, Azərbaycan diaspora təşkilatlarının təşkil etdiyi etiraz aksiyaları bizi məmnun etdi. Keçən həftə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Bakıya səfəri zamanı əldə etdiyimiz əlavə məlumatlara görə, Azərbaycanın bəzi təşəbbüsləri olub. Hansı ki mətbuatda öz əksini tapmayıb...

    - Bunlar hansı addımlardır?

    - Keçən həftənin sonlarında Azərbaycan tərəfdən aşağıdakı konkret addımlar atılıb: Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin Fransa Senatına müraciəti, Milli Məclis tərəfindən yenidən Türkiyəyə dəstək açıqlamasının verilməsi, Fransanın Bakıdakı səfirinin Xarici İşlər Nazirliyinə dəvət edilərək ciddi narahatlıq hissinin bildirilməsi, Parisdəki Türkiyə və Azərbaycan səfirlərinin Fransa Senatı və Xarici İşlər Nazirliyinə birgə müraciət etməsi, diaspora təşkilatlarının Parisdə və Bakıda təşkil etdikləri etiraz aksiyaları, bəzi tenderlərdən fransız firmalarının çıxarılmasını göstərmək olar. Fransada məsul şəxslərin və Fransanın bu bölgədəki maraqlarını dərk edənlərin Türkiyə ilə Azərbaycanın həmrəyliyini gördüklərini, Fransadakı ictimai sabitliyi pozacaq, xalqlar arasında kin və nifrəti qızışdıracaq bu əsassız qanun layihəsinin qəbul edildiyi təqdirdə nələri itirəcəklərini dərk etdiklərini düşünürəm. Senatın Qanunlar Komissiyasında olduğu kimi, sağlam düşüncəli və hüquq prinsiplərinə uyğun şəkildə hərəkət edərək bu qanunu rədd etməsini gözləyirik.

    Bununla əlaqədar qanun layihəsi gündəmə gətirildikdən sonra bütün rəsmi qurumlara verdiyi təlimatlardan ötrü prezident İlham Əliyevə, eyni zamanda Prezident Administrasiyasına, Milli Məclisin sədrinə və üzvlərinə, Xarici İşlər Nazirliyinə öz təşəkkürümüzü çatdırırıq. Ayrıca Qafqaz Müsəlmanları İdarəsinin sədrinə, müxalifət partiyalarına, qeyri-hökumət təşkilatlarına və qardaş Azərbaycan xalqına təşəkkür edirik.

    APA


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.02.2012 - 11:42 ~ Məşhur aktyor soyuldu

23.02.2012 - 11:40 ~ "Bursaspor" 9-cu qələbəsini qazandı

23.02.2012 - 11:39 ~ "İsrail İranla bağlı özü qərar verməlidir"

23.02.2012 - 11:37 ~ Qatarların gecikmə səbəbi açıqlandı...

23.02.2012 - 11:35 ~ “Eurovision”a qədər 4G xidməti istifadəyə veriləcək

23.02.2012 - 11:28 ~ Azay Quliyevin İrəvandakı çıxışı erməniləri hiddətləndirdi

22.02.2012 - 10:38 ~ Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı

22.02.2012 - 10:35 ~ Boş beşik və ya şəhid körpə

22.02.2012 - 10:29 ~ Xalq artisti məzar başında oxuyacaq

22.02.2012 - 10:25 ~ "Xəzər Lənkəran" əsəbləri korlayan komandadır"

22.02.2012 - 10:23 ~ Səudiyyə Ərəbistanı ilə İraq 22 il sonra barışır

22.02.2012 - 10:21 ~ Temperatur yüksəlir

22.02.2012 - 10:20 ~ Avtomobil aşaraq kanala düşüb

22.02.2012 - 10:18 ~ Artım tempinə görə MDB-də liderik

22.02.2012 - 10:17 ~ Prezident və xanımı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında olub

21.02.2012 - 12:38 ~ Rio karnavalında samba həyəcanı

21.02.2012 - 12:37 ~ "Real"ın soyuq Moskva sınağı

21.02.2012 - 12:34 ~ Merilend ştatının senatoru Xocalı faciəsi ilə bağlı açıqlama yayıb

21.02.2012 - 12:33 ~ Bakıda avtobus qəzasında ölən və yaralananların adları bilindi

21.02.2012 - 12:30 ~ Füzuli Ələkbərovdan xəbərdarlıq

21.02.2012 - 12:29 ~ Enerji və qazın bildirişsiz kəsilməsi qadağan edilib

20.02.2012 - 11:54 ~ Bakıda iki qardaş gənc qızı döyüb öldürdü

20.02.2012 - 11:50 ~ “Google” erməniləri dəli etdi

20.02.2012 - 11:47 ~ Azərbaycan Ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb

20.02.2012 - 11:45 ~ Kivi yeyin, qripdən qorunun!

20.02.2012 - 11:43 ~ Almaniyanın "Eurovision-2012"-dəki təmsilçisi məlum oldu

20.02.2012 - 11:40 ~ "Milan" İbrahimoviçsiz də hər kəslə bacarır

20.02.2012 - 11:38 ~ Dmitri Medvedev müxalifət liderləri ilə görüş keçirəcək

20.02.2012 - 11:36 ~ Qatillər ev sahibəsini öldürdükdən sonra evi yandırdı

20.02.2012 - 11:34 ~ “Eurovision” biletləri satışa çıxarılır

20.02.2012 - 11:32 ~ Havanın temperaturu sabahdan yüksəlməyə başlayacaq

18.02.2012 - 19:00 ~ Əxlaqsızlıq yuvaları müştərilərini lentə alır -ŞOK

18.02.2012 - 18:10 ~ Bu gündən Azərbaycanda hava yenidən pisləşəcək

18.02.2012 - 18:06 ~ Milli Ordunun əsgəri xidməti silahla hərbçi yoldaşını vurub

18.02.2012 - 18:03 ~ Foqts "Deportivo"nun futbolçusunu milliyə çağırdı

18.02.2012 - 18:01 ~ Canavarlar ermənilərə daraşıb

18.02.2012 - 18:00 ~ “Jiquli” markalı taksilər yığışdırılacaq

18.02.2012 - 17:57 ~ Ulviranın əri avtomobil qəzasına düşüb

17.02.2012 - 11:18 ~ "Sevgilimə ürəyimi aça bilmirəm"

17.02.2012 - 11:16 ~ TFF prezidentliyinə yeni namizəd

17.02.2012 - 11:14 ~ "Facebook" haqda maraqlı faktlar

17.02.2012 - 11:11 ~ Hizbullah terror aktlarına görə bütün ittihamları rədd etdi

Təqvim

«    Fevral 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29